Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstan çempionatının cari mövsümündə ilk dəfə heyətə düşməyib.
Arena.az xəbər verir ki, Cəlalın komandası bu gün ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 7-ci turunda “Beroe” ilə qarşılaşıb.
Doğma meydanda baş tutmuş bu oyunda “Arda” heç-heçə ilə kifayətlənib.
Hüseynov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Məşqçilər heyəti Cəlalı cari mövsümdə ilk dəfə heyətə daxil etməyiblər.
“Arda” 7 turdan sonra 6 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Cəlalın komandasının ehtiyatda təxirə salınmış oyunu da var.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 59 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.


