Cəlal Hüseynov ÇSKA 1948-ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 18-ci turundan təxirə salınmış oyunda ÇSKA 1948 (Sofiya) komandası ilə oyunun iştirakçısı olub.

Səfərdə baş tutan bu qarşılaşma “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:1.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Arda” ölkə çempionatında 20 turdan sonra 31 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 18 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: