Cəlal Hüseynov ÇSKA ilə oyunda 3 qola üzüldü – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 3-cü turundan təxirə salınmış Sofiya ÇSKA-sı ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutan bu qarşılaşma “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:3.

Hüseynov bu görüşün 75-ci dəqiqəsində, hesab 0:3 olarkən meydana buraxılıb. O, 89-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Arda” ölkə çempionatında 18 turdan sonra 28 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu var.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 14 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi izləyin: