Cəlal Hüseynov “Etar”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 27-ci turu çərçivəsində keçirilmiş “Etar”la oyunun iştirakçısı olub.

“Arda” səfərdə baş tutan bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“Arda” bu nəticədən sonra ölkə çempionatında 36 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 25 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: