Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, ötən gün Bolqarıstan çempionatında 2024/2025-ci illər mövsümünün 19-cu turunun oyunları keçirilib.
Azərbaycanlı futbolçunun komandası “Hebar”la qarşılaşıb. Səfərdə baş tutan bu oyunda “Arda” inamlı qələbəyə sevinib – 2:0.
Hüseynov bu görüşün 88-ci dəqiqəsində meydana buraxılıb.
“Arda” cari mövsümdə keçirdiyi 18 oyunda topladığı 34 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Cəlalın komandası bu mövsüm 10 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 49 rəsmi oyuna çıxıb, 1 qol vurub.


