Cəlal Hüseynov “Lokomotiv”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası 2025/2026-cı illər mövsümünün 4-cü turunda Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda “Arda” xal itkisi ilə üzləşib – 0:0.

Hüseynov bu görüşdə də 90 dəqiqə meydanda olub. O, əvvəli üç turda da 90 dəqiqə oynamışdı.

“Arda” 4 turdan sonra 5 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 55 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: