Cəlal Hüseynov “Lokomotiv” üzərində inamlı qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 19-cu turu çərçivəsində “Lokomotiv”lə (Plovdiv) qarşılaşıb.

Səfərdə baş tutmuş bu oyunda “Arda” inamlı qələbəyə sevinib – 2:0. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.

“Arda” 19 turdan sonra 24 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 6 qələbə qazanıb, 6 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 68 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: