Cəlal Hüseynov “Ludoqorets”ə qarşı 90 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 29-cu turu çərçivəsində keçirilmiş lider “Ludoqorets”lə oyunun iştirakçısı olub.

“Arda” səfərdə baş tutan bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:2. Qonaqlar hər iki qolu elə ilk hissədə buraxıblar.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“Arda” bu nəticədən sonra ölkə çempionatında 39 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 27 rəsmi oyuna çıxıb, 1 qol vurub.