Cəlal Hüseynov oynadı, “Arda” Konfrans Liqası ilə vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Avropa Konfrans Liqasının pley-off mərhələsində cavab görüşünü keçirib.

“Arda” bu mərhələdə Polşanın “Rakov” komandası ilə mübarizə aparıb. Bu komandalar arasında keçirilmiş ilk görüş Polşada baş tutmuşdu. Cəlalın komandası səfərdə 0:1 hesablı məğlubiyyətə üzülmüşdü. Cavab görüşündə də oxşar hesabla uduzmuş “Arda” Konfrans Liqasında mübarizəni dayandırıb. Bu dəfə də start heyətdə meydana çıxmış Hüseynov sonadək oynayıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 59 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: