Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının çempionat oyununu buraxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 11-ci turu çərçivəsində “Dobrudja” ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyun “Arda”nın qələbəsi ilə yekunlaşıb – 2:0. Hüseynov bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Arda” 11 turdan sonra 12 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda cari mövsümdə 3 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 62 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.


