Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi bu gün baş tutan “Etar”la yoxlama oyununun iştirakçısı olub.
Hüseynov görüşə start heyətdə başlayıb. Qarşılaşma 3:1 hesabıyla “Arda”nın xeyrinə başa çatıb. Komandasının ilk qolunu da 21-ci dəqiqədə Cəlal vurub.
Xatırladaq ki, “Arda” bu mövsüm Bolqarıstan çempionatında artıq 2 oyun keçirib. Lakin Cəlal sənəd problemi ilə əlaqədar həmin görüşlərdə meydana çıxmayıb.
Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib.


