Cəlal Hüseynov “Slaviya”ya qarşı 90 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 28-ci turu çərçivəsində keçirilmiş Sofiya “Slaviya”sı ilə oyunun iştirakçısı olub.

“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:1.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Əslində mərkəz müdafiəçisi olan azərbaycanlı futbolçu bu görüşdə dayaq yarımmüdafiəçisi kimi çıxış edib. O, 80-ci dəqiqədə sarı vərəqə də alıb.

“Arda” bu nəticədən sonra ölkə çempionatında 39 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 26 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: