Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 20-ci turu çərçivəsində keçirilmiş Sofiya “Lokomotiv”i ilə oyunun iştirakçısı olub.
Səfərdə baş tutan bu qarşılaşma “Arda”nın qələbəsi ilə başa çatıb – 1:0.
Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Arda” ölkə çempionatında 20 turdan sonra 31 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu var.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 17 rəsmi oyuna çıxıb, 1 qol vurub.


