Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünə start verilib.
Azərbaycanlı futbolçunun komandası “Arda” da yeni mövsümdə ilk matçına çıxıb. Sözügedən kollektiv ilk tur çərçivəsində Plovdiv “Lokomotiv”inin qonağı olub. “Arda” yeni mövsümə 0:1 hesablı məğlubiyyətlə başlayıb.
Hüseynov bu görüşə start heyətdə başlayıb və 82-ci dəqiqəsində əvəzlənib.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 35 rəsmi oyuna çıxıb, 1 qol vurub.


