Azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” Bolqarıstan çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün 2-ci tur çərçivəsində “Beroe” ilə qarşılaşıb.
Səfərdə baş tutan oyun “Arda”nın məğlubiyyəti ilə başa çatıb. Futbolçumuzun komandası 8-ci dəqiqədə buraxdığı yeganə qolun əvəzini çıxa bilməyib – 0:1.
Cəlal Hüseynov bu matçın iştirakçısı olmayıb. Sənəd problemləri hələ də yoluna qoyulmamış azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Arda” 2 turdan sonra 1 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.


