Cəlal Hüseynovun yoxluğunda “Arda”dan inamlı qələbə

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Bolqarıstan çempionatının 2024/2025-ci illər mövsümünün 15-ci turu çərçivəsində “Botev”lə (Vratsa) qarşılaşıb.

“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan inamlı qələbə ilə ayrılıb – 2:0.

Hüseynov bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçinin adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.

“Arda” bu nəticədən sonra ölkə çempionatında 27 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Vratsa “Botev”i isə 12 xalla 14-cüdür.

Xatırladaq ki, “Arda”ya “Zirə”dən keçmiş Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 46 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: