Cənubi Afrika millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqəni təmin edib.
Arena.az xəbər verir ki, sözügedən komanda seçmə mərhələnin Afrika zonasının 10-cu turunda Ruandaya 3:0 hesabı ilə qalib gəlib.
Bununla da Cənubi Afrika millisi yer aldığı C qrupunu 18 xalla ilk sırada tamamlayıb. Bununla da sözügedən komanda 2010-cu ildən sonra ilk dəfə mundialların final mərhələsində iştirak etmək hüququ qazanıb.
Kabo Verde yığması Afrikadan mundiala vəsiqə qazanmış 7-ci komanda olub. Bu komandadan əvvəl Afrikadan Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana və Kabo Verde yığmaları da DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışdılar. Bütövlükdə isə Cənubi Afrika dünya çempionatına vəsiqə qazanan 22-ci komanda olub.
Dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.
Dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 23 komandanın siyahısı belədir:
Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana
Kabo Verde (debüt)
Cənubi Afrika


