Caner Erkin klubsuz qaldı

Türkiyənin “Fatih Karagümrük” klubu müdafiəçiləri Caner Erkin və Burak Bekaroğlu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onlara xidmətlərinə görə təşəkkür edən klub, gələcək karyeralarında uğurlar arzulayıb.

Caner Erkin 2021-ci ilin sentyabrında “Fənərbaxça”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. Bu mövsüm sözügedən komandada 12 oyuna çıxan sol cinah müdafiəçisi, 6 məhsuldar ötürmə müəllifi olub. 34 yaşlı futbolçu İstanbul təmsilçisində bütövlükdə 43 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə verib. O, karyerası ərzində “Manisaspor”, ÇSKA (Moskva, Rusiya), “Qalatasaray”, “Fənərbaxça”, “İnter” və “Beşiktaş”ın da formasını geyinib. Təcrübəli futbolçu Türkiyə millisində də 63 oyun keçirib, 2 qol vurub.

Burak Bekaroğlu da 2021-ci ilin yayından “Fatih Karagümrük”ün uğurları üçün çalışırdı. 25 yaşlı stopper burada 35 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış müdafiəçi, daha öncə “Sakaryaspor” və “Boluspor” klublarının formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: