Çempionlar Liqasında 3-cü raunda yüksələn ilk 4 klub bilindi

Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Bu oyunlardan sonra 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan ilk dörd komandanın adına aydınlıq gəlib. Azərbaycan çempionu “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanacağı halda hansı komanda ilə qarşılaşacağı da bəlli olu. Belarus çempionu BATE səfərdə 2:6 hesabıyla uduzduğu Kipr “Aris”indən qisasını almağa çalışsa da, buna nail ola bilməyib. Kirplilər səfərdə də 5:3 hesabıyla qalib gəlməklə növbəti mərhələyə adlayıblar. Artıq “Aris” 3-cü təsnifat mərhələsində “Qarabağ” – “Rakuv” cütünün qalibini gözləyir.

“Qarabağ” isə növbəti mərhələyə vəsiqənin taleyinə sabah Bakı Olimpiya Stadionunda qarşılaşacağı Polşa “Rakuv”u ilə cavab matçında aydınlıq gətirəcək. Ağdam təmsilçisi səfərdəki ilk oyunda 2:3 hesabıyla məğlub olub.

“Aris”dən başqa Yunanıstan “Panatinaikos”u, Sloveniya “Olimpiya”sı (Lyublyana) və Slovakiya “Slovan”ı (Bratislava) da ÇL-in 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi sabah keçiriləcək 8 cavab oyunu ilə yekunlaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust

“Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna) 2:2 (ilk oyun 3:1)

BATE (Belarus) – “Aris” (Kipr) 3:5 (2:6)

“Olimpiya” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) 2:1 (1:1)

“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) 2:2 (1:0)

2 avqust

18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) (0:4)

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) (2:3)

21:00. “Genk” (Belçika) – “Servett” (İsveçrə) (1:1)

21:00. “Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) (0:0)

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) (ilk oyun 0:1)

21:00. “Molde” (Norveç) – HJK (Finlandiya) (0:1)

22:00. “Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya) (2:)

22:30. “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) (2:2)

Xəbəri sosial şəbəkələrdə paylaş: