Çempionlar Liqasında “Qarabağ”ın növbəti rəqibi bəlli olur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ”ın 2-ci raunddakı potensial rəqiblərindən olan Polşanın “Rakuv” komandası ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar 1:0 hesablı qələbəyə seviniblər. Ağdam klubu isə ilk raunddakı rəqibi olan Cəbəllüttariq “Linkoln”u ilə sabah Bakıda üz-üzə gələcək. “Qarabağ” ilk oyunda 2:1 hesablı qələbəyə sevinib. Bu iki cütün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində bir-biri ilə üz-üzə gələcək.

“Qarabağ”ın “Linkoln”la oyunundan başqa, sabah daha 6 cavab görüşü baş tutacaq. Bununla da UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
18 iyul

19:00. “Struqa” (Şimali Makedoniya) – “Jalgiris” (Litva)
İlk oyun – 0:0

21:00. “Flora” (Estoniya) – “Rakuv” (Polşa)
İlk oyun – 0:1

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta)
İlk oyun – 4:0

21:00. “Şerif” (Moldova) – “Farul” (Rumıniya)
İlk oyun – 0:1

22:00. BATE (Belarus) – “Partizani” (Albaniya)
İlk oyun – 1:1

22:00. TNS (Uels) – “Haken” (İsveç)
İlk oyun – 1:3

22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Urartu” (Ermənistan)
İlk oyun – 1:0

23:15. “Breydablik” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya)
İlk oyun – 1:0

Xəbəri sosial şəbəkələrdə paylaş: