INEOS şirkətinin direktorlar şurasının sədri, “Mançester Yunayted”də 25% pay sahibi Ser Cim Retkliff klubda 300 işçini ixtisar edə bilər.
Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, klubun yeni həmsahibi genişmiqyaslı münasibləşdirmə aparmaq üçün kənar auditordan “Mançester Yunayted”in quruluşunu və xərclərini qiymətləndirməyi xahiş edəcək.
Retkliff hesab edir ki, 1000 nəfərlik işçi qüvvəsi 25-30% azaldıla bilər. İşçilər başa düşürlər ki, mülkiyyət quruluşunun dəyişdirilməsi işçilərin və şöbələrin sayına yenidən baxılması deməkdir. Başqa sözlə, bu işçilər narahatdırlar və iş yerlərini itirməkdən qorxurlar.
Xatırladaq ki, dekabrın 24-də “Mançester Yunayted” rəsmi saytında INEOS şirkətinin İdarə Heyətinin sədri Cim Retkliffin klubun B sinifli səhmlərinin 25%-ni və A sinifli səhmlərinin 25%-ə qədərini alması ilə bağlı müqavilə bağladığını rəsmən elan edib.
INEOS şirkətinin “Old Trafford”da gələcək sərmayə üçün nəzərdə tutulmuş əlavə 270 milyon avro məbləği təmin edəcəyi də bildirilir.
Premyer Liqanın birinci dövrəsindən, 19 turdan sonra “Mançester Yunayted” 31 xalla 6-cı pillədədir. Birinci dövrədə “qırmızı şeytanlar” 10 qələbə qazanıblar, 8 məğlubiyyət alıblar, 1 oyunda heç-heçə ediblər. Komandanın top fərqi 21:25 nisbətindədir. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir. 18 oyun keçirmiş “Arsenal” 40 xalla 2-ci pillədədir və potensial lider statusundadır.


