“Mançester Yunayted”in həmsahibi Cim Retkliff “Mançester Yunayted”in Keçmiş Oyunçular Assosiasiyasının maliyyələşdirməsini dayandırıb.
Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, əvvəllər klub, 1985-ci ildə yaradılmış “Mançester Yunayted”in Keçmiş Oyunçular Assosiasiyasına hər il vəsait ayırırdı. Bununla belə, təşkilatın hesabına iki rüblük vəsait – 10 min funt-sterlinq məbləğində ödəniş daxil omadıqdan sonra, təşkilat “Mançester Yunayted”in düşərgəsindəki məsul şəxslərlə əlaqə saxlayıb. Onlar isə öz növbəsində, Cim Retklifin “qırmızı şeytanlar”ın xərclərini azaltmaq proqramının bir hissəsi olaraq, müvafiq maliyyələşdirməni dayandırmaq niyyətində olduğunu bildiriblər.
Xatırladaq ki, “Mançester Yunayted”in Keçmiş Oyunçular Assosiasiyası “qırmızı şeytanlar”ların futbolçularına kömək edən xeyriyyə fondudur.
Cim Retklifin sərvəti 23 milyard avro məbləğində qiymətləndirilir.
İngiltərə Premyer Liqasının 18 oyunundan 22 xalla “Mançester Yunayted” yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


