ÇL: “Araz Naxçıvan” ikinci oyunda da darmadağına sevindi

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, təmsilçimiz bu dəfə Almaniya çempionu “Yan Regensburq”la qarşılaşıb.

İlk matçla müqayisədə baş məşqçi Vitali Borisov start heyətində dəyişiklik etmişdi. Qapını Pavloviçə tapşıran Borisov Erikin əvəzinə Aleksiçə şans vermişdi.

Oyuna fəal başlayan futzalçılarımız fasiləyə qədər rəqibi 3 dəfə meydanın mərkəzinə dəvət edib. Bu dəfə də hesabı Katatau açıb. Ardınca Erik və Xəzər rəqib torunu silkələyib. İkinci hissədə İsa və Xətai komandamızın üstünlüyünü 5 topa çatdırdı. Beləliklə ilk matçda 9:1, ikinci görüşdə 5:0 hesabı ilə qələbə qazanan təmsilçimiz qrupda son oyununu avqustun 26-da meydan sahibi “Riqa”ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

UEFA Çempionlar Liqası
İlkin təsnifat mərhələsi, A qrupu
24 avqust

“Yan Regensburq” – “Araz Naxçıvan” 0:5
Qollar: Katatau, 6:37. Erik, 8:07. Xəzər Ağalızadə, 12:59. İsa Atayev, 25:34. Xətai Bağırov, 26:13.
Sarı vərəqələr: İsa Atayev, 11:26. Romao Lukas, 17:22. Katatau, 24:44.
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya).
Salaspils. “Salaspils” İdman Arenası. Saat 15:00.

Yan Regensburq: 12. Raul Gimaraeş, 8. Poerş, 11. Qabriel, 15. Lukas Kruel (k), 91. Markinyos, 68. Bautz, 17. Herteriç, 18. Nattan, 24. Palutka, 25. Parasole, 30. Berq.
Baş məşqçi: Florian Ros.

Araz Naxçıvan: 12. Luka Pavloviç, 6. Ninoslav Aleksiç, 7. Romao Lukas, 9. Lazar Milosavlyeviç, 20. Amadeu, 1. Emin Kürdov (k), 3. Tofiq Mikayılov, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 15. Erik Dannilo, 21. Katatau.
Baş məşqçi: Vitali Borisov.

Xal: Araz Naxçıvan – 6. Riqa – 3. Yan Regensburq – 0. İstanbul Şişli – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: