Coşqun Diniyev sabiq komandasına qarşı 69 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 8-ci turu çərçivəsində “Ümraniyəspor”la qarşılaşıb.

Coşqunun komandası səfərdə baş tutan bu qarşılaşmadan bərabərliklə ayrılıb – 1:1.

Diniyev sabiq komandasına qarşı oyuna start heyətdə başlayıb və 69-cu dəqiqədə – hesab 0:0 olarkən əvəzlənib.

“Bandırmaspor” 8 turdan sonra 12 xalla 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 7 oyun keçirib və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: