Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ali Tandoğan çalışdıracaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.
Ali Tandoğan, son olaraq TFF 1-ci liqa təmsilçisi “Tuzlaspor”u çalışdırıb. O, “Dənizlispor”da öz istəyi ilə postundan ayrılmış Hakan Kutlunu əvəz edib. Tandoğan, 2016/17 mövsümündə də Dənizli təmsilçisini çalışdırıb. O, həmin mövsümdə TFF 1-ci liqada çıxış edən bu komandanı 20 oyunda meydana çıxıb, 7 qələbə qazanıb, 5 heç-heçəyə nail olub, 8 qarşılaşmada da məğlubiyyətə üzülüb.
“Dənizlispor” bu mövsüm Super Liqada keçirdiyi 33 oyunda cəmi 26 xal toplaya bilib və sonuncu pillədə qərarlaşıb.


