“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-offunda Beer-Şeva “Hapoel”inə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və İsrail təmsilçiləri arasında ötən gecə Rumıniyada keçirilmiş ilk qarşılaşma “bayquşlar”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Dambrauskas matçdan sonra komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq, bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. “Hapoel” yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.


