Dani Alvesin keçmiş həyat yoldaşı Dinora Santana braziliyalı müdafiəçi ilə əlaqələrinə bilmərrə son verdiyini açıqlayıb.
Arena.az məlumat verir ki, Diniora bu barədə “Cuatro al día” verilişinin efirində danışıb:
“Mənim üçün o, yoxdur, mənim üçün ölüb. Mən həmişə geri çəkildim, heç vaxt danışmadım, qalmaqal yaratmadım.
Dediyim hər şeyi deməyimi istədilər. Burada “WhatsApp” ismarışlarım var. “Bax, o, hava limanına gələndə… səndə mətbuat olacaq, onu, bunu, filanı deyəcəksən. Həbsdən çıxanda bunu deyəcəksən, onu da…”.
Heç kim mənə təzyiq etməyib, amma mən bunu uşaqlarımın atasına kömək etmək üçün etdim. Mən ona kömək edəndə belə, məndən istifadə edirdi. Təcavüzkar olduğu iddia edilən şəxsin uşaqları olmaq çox xoşagəlməzdir. Mən, onun həyatımdan yox olmasını istəyirəm”, deyə qadın təəssüflə bildirib.
Xatırladaq ki, Braziliya millisinin artıq sabiq futbolçusu Dani Alves gecə klubunda qadına təcavüz etməkdə ittiham edilir və hazırda həbsdədir. Məşhur ulduzu 10 ilə qədər həbs cəzası gözləyir. Dani Alves var qüvvəsi ilə müdafiə olunur və ittihamı qəbul etmir.





