Daniel Hokans Mikael Forsselin rekordunu təkrarladı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan San Marino ilə oyun Finlandiya yığmasının üzvü Daniel Hokans üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 22 yaşlı sağ cinah vingeri 6:0 hesablı qələbəyə sevindikləri bu oyunda het-trikə imza atıb.

65, 72 və 74-cü dəqiqələrdə fərqlənən “Valerenqa”nın yarımmüdafiəçisi bu uğuru sayəsində Finlandiya yığmasının tarixinə Mikael Forsseldən sonra ilk dəfə het-trik etmiş futbolçu kimi düşüb.

Xatırladaq ki, Mikael Forssell də het-triki Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində, 17 noyabr 2010-cu ildə məhz San Marino yığmasına qarşı oyunda (8:0) etmişdi.

Qeyd edək ki, Daniel Hokans bu ay ilk dəfə Finlandiya yığmasında debüt edib. Onun hesabında cəmi 2 oyun və 3 qol var.

Kosovo yığmasını 2:0 hesabıyla məğlub etmiş Belarus yığması da uğursuz gedişata son qoyması ilə diqqət mərkəzinə düşüb. Bu, Belarus yığmasının 7 mart 2021-ci il tarixindən sonra qalib gəldiyi ilk rəsmi oyun olub. Beləliklə, sözügedən komanda 16 oyunluq qələbəsiz seriyaya son verib. Sonuncu dəfə Belarus yığması həmin tarixdə Estoniya yığmasını 4:2 hesabı ilə məğlub etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: