DÇ-2024-ün elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin A qrupunda keçirəcəyi oyunların təqvimi dəqiqləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandamız ilk və son matçını səfərdə keçirəcək. Azarkeşlər doğma arenada ilk dueli sentyabrın 20-də izləyəcək.
Azərbaycan millisinin oyunlarının tam təqvimi belədir:
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
15 sentyabr
Rumıniya – Azərbaycan
20 sentyabr
Azərbaycan – Niderland
6 oktyabr
Azərbaycan – Qazaxıstan
11 oktyabr
Qazaxıstan – Azərbaycan
15 dekabr
Azərbaycan – Rumıniya
20 dekabr
Niderland – Azərbaycan


