Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit-raundunda Qazaxıstan yığması ilə oyununun məkanı və başlama vaxtı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Qazaxıstan – Azərbaycan görüş Astana şəhərindəki “Jekpe-Jek” Arenada keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurgusunda bir neçə növ üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.
Xatırladaq ki, yığmamız DÇ-2024-ün elit-raund mərhələsində Rumıniya, Niderland və Qazaxıstanla birgə A qrupunda yarışacaq.
Azərbaycan millisinin bu rəqibləri ilə oyunlarının təqvimini bir daha xatırladırıq:
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
15 sentyabr
Rumıniya – Azərbaycan
20 sentyabr
Azərbaycan – Niderland
6 oktyabr
Azərbaycan – Qazaxıstan
11 oktyabr
Qazaxıstan – Azərbaycan
15 dekabr
Azərbaycan – Rumıniya
20 dekabr
Niderland – Azərbaycan


