DÇ-2024: Millimizin Rumıniya ilə matçının yeri və vaxtı bilindi

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit-raundunda Rumıniya yığması ilə oyununun məkanı və başlama vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma sentyabrın 15-də Buzau şəhərindəki “Romeo Lamandi” arenasında təşkil olunacaq. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Xatırladaq ki, yığmamız DÇ-2024-ün elit-raund mərhələsində Rumıniya, Niderland və Qazaxıstanla birgə A qrupunda yarışacaq.

Azərbaycan millisinin bu rəqibləri ilə oyunlarının təqvimini bir daha xatırladırıq:

DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu

15 sentyabr
Rumıniya – Azərbaycan

20 sentyabr
Azərbaycan – Niderland

6 oktyabr
Azərbaycan – Qazaxıstan

11 oktyabr
Qazaxıstan – Azərbaycan

15 dekabr
Azərbaycan – Rumıniya

20 dekabr
Niderland – Azərbaycan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: