Denis Marandiç Malta və San Marino ilə oyunlara dəvət aldı

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiç Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

27 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində Malta (7 sentyabr) və San Marino (10 sentyabr) qarşı oynaya bilər. Bu oyunlar üçün Moldova millisinə dəvət almış futbolçunun “Turan Tovuz”a gələn ayın ortalarında qayıtması gözlənilir.

Xatırladaq ki, Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 55 oyuna çıxıb, 2 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.

Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: