Denis Marandiç Moldova yığmasında

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç Moldova millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Sözügedən komandanın baş məşqçisi Sergey Kleşenko Azərbaycan Premyer Liqasında çıxış edən sol cinah müdafiəçisini də sərəncamında görmək istəyib. Marandiç Moldova millisinin qarşıdakı iki oyununda yığmanın məşqçilərinin sərəncamında olacaq. Hansı ki, sözügedən komanda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 17 iyunda Albaniya, 20 iyunda isə Polşa ilə qarşılaşacaq. Albanlarla matç Tiranada, polşalılarla görüş isə Kişinyovda baş tutacaq.

Xatırladaq ki, Denis Marandiç bu ilin yanvarından “Turan Tovuz”da çıxış edir. 26 yaşlı futbolçu Tovuz klubunun heyətində meydana çıxdığı 18 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə “Çelye”, “Unian de Leyriya” və “Zrinski” kimi klublarda da forma geyinmiş Denis, Moldova millisində indiyə kimi 6 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: