Denis Marandiç “Turan Tovuz”dan ayrılır

“Turan Tovuz”un futbolçusu Denis Marandiç Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

27 yaşlı müdafiəçi yoxlama görüşləri çərçivəsində Kipr (8 iyun) və Ukraynaya (11 iyun) qarşı oynaya bilər. Bu oyunlar üçün Moldova millisinə dəvət almış futbolçunun “Turan Tovuz”a yeni mövsümün hazırlıq prosesi zamanı qayıtması gözlənilir.

Xatırladaq ki, Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 50 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.

Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.