Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “İnqulets” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 10-cu turundan təxirə salınmış Lvov “Rux”u ilə ev oyununun iştirakçısı olub.
Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.
Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“İnqulets” bu nəticədən sonra 25 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb. Dmitri bu mövsüm meydana çıxdığı 19 matçda cəmi 1 assistlə yadda qalıb.
Xatırladaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.


