Dmitri Nağıyev “Rux”a qarşı 56 dəqiqə oynadı

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyev Ukraynanın “İnqulets” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan “Rux”la səfər oyununun iştirakçısı olub.

Futbolçumuzun komandası meydanı ağır məğlubiyyətlə tərk edib – 0:3.

Nağıyev bu görüşə start heyətdə başlayıb. O, 56-cı dəqiqədə əvəzlənib.

“İnqulets” bu nəticədən sonra 27 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb. Dmitri bu mövsüm meydana çıxdığı 24 matçda cəmi 1 assistlə yadda qalıb.

Xatırladaq ki, Dmitri Nağıyev ötən mövsümü “Sumqayıt”da keçirib. O, karyerası ərzində “Dnepr” (Dnepropetrovsk), “Karabax” (Vyana), “Ştumbras”, “Dinamo-Avto” kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: