Rumıniya yığmasının baş məşqçisi Edvard Yordenesku AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Ukrayna millisi ilə oyunu (3:0) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, rumın mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bütün dünyadakı hər bir rumına təşəkkür etmək istərdim. Bilirəm ki, bu gün onların hamısı bizimlə idilər. Komandam əla idi. Əgər hər hansı bir şübhəniz varsa, düşünürəm ki, indi mənə etibar edə bilərsiniz: bizim böyük komandamız var. Təbrik edirəm, uşaqlar. Bu, sadəcə inanılmazdır”, deyə Edvard Yordenesku sevinclə bildirib.
1-ci turdan sonra Rumıniya və Slovakiya yığmaları “E” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Belçika və Ukrayna yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.


