Elçin Əlicanov “Kəpəz”də qaldı

Premyer Liqada yeni mövsüm üçün heyətini formalaşdırmağa start verən “Kəpəz” müdafiəçisi Elçin Əlicanov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 23 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni sözləşmə imzalanıb. Onun bu klubla əvvəlki sözləşməsi bu ayın sonuna qədər idi.

Xatırladaq ki, Elçin Əlicanov hələ Birinci Diviziondan “Kəpəz”in şərəfini qoruyur. Müdafiəçi ötən mövsüm bütövlükdə 36 oyuna çıxıb (Premyer Liqada 33, Azərbaycan Kubokunda 3 oyun).

“Kəpəz”də buna qədər Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı və Georgi Kantariya ilə yolların ayrıldığı açıqlanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: