Elçin Əlicanov “Kəpəz”dən ayrıldı

Premyer Liqa təmsilçisi “Kəpəz”in mərkəz müdafiəçisi Elçin Əlicanov ilə Gəncə klubu arasındakı müqavilənin müddəti başa çatıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçu “Kəpəz”in sıralarını tərk edib.

Əlicanov son üç ildə “sarı-göylər”in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə Birinci Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də “Kəpəz”lə Premyer Liqada oynayıb.

Gəncə klubu xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Elçin Əlicanov daha öncə “Zaqatala”nın formasını geyinib. 24 yaşlı futbolçu Gəncə klubunun heyətində 73 oyun keçirib, 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: