Elçin Məsiyev AÇ-nin yarımfinal matçına təyinat aldı

Azərbaycanlı hakim Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında daha bir oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Məsiyev Slovakiyada təşkil edilmiş Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.

İyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub. O, 1/4 final mərhələsində də Almaniya – İtaliya (3:2) matçının ehtiyat hakimi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: