Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə mərhələ oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Məsiyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Litva – Niderland oyununun baş hakimi olacaq.
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benua Millo və Metyu Vernis olacaqlar.
G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.


