Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Elçin Məsiyev B Liqasının 4-cü qrupunun Rumıniya – İsveç qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Farid Hacıyev yerinə yetirəcək.
VAR hakimi niderlandlı Yeroen Manshot, AVAR isə Azərbaycan təmsilçisi Nicat İsmayıllı olacaq.
Oktyabrın 5-də Buxarestdəki Milli Arenada keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Qeyd edək ki, İsveç yığması UEFA Millətlər Liqasının cari mövsümündə keçirdiyi ilk 3 oyunda 7 xal toplayıb və 4-cü qrupda vahid liderdir. Rumıniya milli komandası isə keçirdiyi bütün oyunlardan məğlubiyyətlə ayrılıb və qrup sonuncusudur.


