Elçin Məsiyev Türkiyə klubunun tarixi matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, Rumıniyada yerli ÇFR (Kluj) ilə Türkiyənin “Adana Dəmirspor” komandaları arasında keçiriləcək ilk oyunun baş hakimi olacaq.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Bu komandaların ilk oyunu məhz azərbaycanlı hakimlərə tapşırılıb. Baş hakim Elçin Məsiyev olacaqsa, ona yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

İyulun 27-də Kluj şəhərində keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Tərəflər arasındakı cavab görüşü isə avqustun 3-də Adanada baş tutacaq.

Sonda onu da xatırladaq ki, Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparmaq hüququ qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: