Eldar Quliyev Ukraynada klubunu dəyişdi

Azərbaycanlı futbolçu Eldar Quliyev Ukraynada klubunu dəyişib. Arena.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Mariupol”dan ayrılaraq “Minay”a keçib.

Bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan biridir.

Hazırda “Minay”da Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə də çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: