Elmir Tağıyev Kosovo klubunda

Bu yay “Kəpəz”dən azad agent kimi ayrılmış hücumameyilli yarımmüdafiəçi Elmir Tağıyev bundan sonra legioner həyatı yaşayacaq.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Kosovoda çıxış edəcək.

O, yüksək liqa təmsilçisi “Dreniça”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tağıyevlə mövsümün sonuna qədər müqailə imzalanıb.

“Dreniça” hazırda Super Liqada 2 oyuna topladığı 4 xalla 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Elmir Tağıyev 2023-cü ilin yayından formasını geyindiyi “Kəpəz”də 42 oyun keçirib, 1 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı yarımmüdafiəçi daha öncə “Səbail” və “Turan Tovuz”da da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: