Elvin Cəfərquliyev də 100-ə çatdı

“Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyev futbol üzrə Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt”la matçında gerçəkləşib.

Start heyətində meydana çıxan Elvin sabiq komandası ilə görüşdə 100-ə çatıb. 2019/2020 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.

Xatırladaq ki, “Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

Cəfərquliyevin “Qarabağ”la 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. O, Ağdam klubunun heyətində bütövlükdə 130 oyuna çıxıb, 6 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Elvin Cəfərquliyev 2021-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 16 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: