Elvin Cəfərquliyev İstanbul nəhəngində?

Son günlər mətbuatda “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin “Qalatasaray”a transferi ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq.

Ağdam təmsilçisinin sözçüsü Arena.az saytına açıqlamasında bu məlumatı təkzib edib:

“Bu xəbərin rəsmi və ya qeyri-rəsmi heç bir əsası yoxdur. Heç bir halda həqiqəti əks etdirmir”.

Xatırladaq ki, Elvin Cəfərquliyevin “Qarabağ”la 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. O, Ağdam klubunun heyətində meydana çıxdığı 124 oyunda 6 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

Nahid Məmmədov

Xəbəri sosial şəbəkələrdə paylaş: