Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Dnepr-1” ilə oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.
Emil Mustafayev bu görüşün 46-cı dəqiqəsindən etibarən mübarizəyə qoşulub və sonadək oynayıb. Cari mövsümdə 2 qol vurmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.
“Aleksandriya” bu mövsüm keçirdiyi 25 oyunda 39 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 14 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.


