Emil Mustafayev iki qol ötürməsi verdi, komandası…

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 6-cı turundan təxirə salınmış “Metallist 1925” ilə oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. Altı qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib – 3:3.

Emil Mustafayev bu görüşə start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının əzmkar heç-heçəsində Emilin də böyük xidmətləri olub. Belə ki, o, 7 və 69-cu dəqiqələrdə vurduqları ilk qol zamanı məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

“Aleksandriya” bu mövsüm keçirdiyi 14 oyunda 25 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: