Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutan “Lvov”la oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası meydanı inamlı qələbə ilə tərk edib – 2:0.
Emil Mustafayev bu görüşün 90-cı dəqiqəsində meydana buraxılıb.
“Aleksandriya” 9 turdan sonra 16 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.


